Yorklu Sesilya

Yorklu Sesilya
ing. Cecily of York
Şəxsi məlumatlar
Doğum tarixi 20 mart 1469
Doğum yeri
Vəfat tarixi 24 avqust 1507 (38 yaşında)
Vəfat yeri
Fəaliyyəti əsilzadə
Atası IV Eduard[1]
Anası Elizabet Vudvil[1]
Ailəsi York sülaləsi
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yorklu Sesilya (ing. Cecily of York; 20 mart 1469, Vestminster sarayı, Böyük London regionu[d]24 avqust 1507, Sandaun[d], Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı.

Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 14 yaşlı Anna mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacılarıyla birlikdə əmisinin himayəsində saraya göndərildi. Kiçik bacıları BrijitKetrin isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar. Çox keçmədən III Riçardın bu qızlardan Elizabet və ya Sesilya ilə evlənəcəyi şayələri yayıldı. Ancaq III Riçard Sesilyanı əsilzadə olmayan öz tərəfdarlarından Ralf Skropla evləndirdi.

III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi. VII Henri Sesilyanın ən böyük bacısı Elizabetlə evləndi. Üstəlik Sesilyanın da evliliyi kral tərəfindən qəbul olunmadı və cütlük boşandı. Sesilya bu dəfə 1488-ci ildə kralın anası Leydi Marqarita Byufortun vasitəçiliyi ilə kralın ögey dayısı Uelles vikontu Con Uelleslə evləndirildi. Bu nigahdan cütlüyün 2 qızı dünyaya gəlsə də, 1499-cu ildə ərinin ölümüylə dul qaldı.

Bundan bir neçə il sonra isə kralın icazəsi olmadan, Linkolnşirli bir torpaq mülkədarı olan Sör Tomas Kymlə evləndi və bu nigahından da 2 övladı dünyaya gəldi. Ancaq onun bu nigahı və bu nigahdan doğulan övladları saray tərəfindən qəbul edilmədi və mərhum ərinin mirasından məhrum edildi. Buna baxmayaraq kralın anası Leydi Marqarita Byufortla münasibətləri heç vaxt pozulmadı. Hətta 1507-ci ildə vəfat etdikdən sonra cənazə xərclərinin bir hissəsi məhz onun tərəfindən qarşılandı.

  1. 1 2 Lundy D. R. Cecilia Plantagenet // The Peerage (ing.).

Developed by StudentB